Bu elanın vaxtı artıq bitmişdir!


HÜNDÜRLÜKDƏ QAYNAQÇI
HÜNDÜRLÜKDƏ QAYNAQÇI

Qartal Tikinti Firması

HÜNDÜRLÜKDƏ QAYNAQÇI

Tikinti

Tarix: May 10, 2024 - Jun 09, 2024

Baxış sayı: 94

  Elanın nömrəsi: 20706





30 ₼


5 ₼


  Şəhər

Sumqayıt

  Yaş

21 - 45 Yaş

  Təhsil

-

  İş təcrübəsi

3 ildən 5 ilə qədər


İş barədə məlumat

- Əmək haqqı: 800-1200 AZN (vergilər çıxıldıqdan sonra)
- Qartal Tikinti Firmasının baş ofisinin ünvanı: Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə
- Azərkimya İB-də, Ümid Babək Beynəlxalq Əməliyyat şirkətinin qurudakı və dənizdəki obyektlərində metal konstruksiyanın montaj və demontaj işləri yerinə yetiriləcək
- Qartal Tikinti firmasının metal-konstruksiya sexində Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal profillər kəsilib, qaynaq üçün hazırlayacaqdır
- Sifarişçinin obyektlərində əvvəlcədən hazırlanmış metal konstruksiyaları sxemə uyğun quraşdıracaqdır

İş şəraiti:
- İş saatı 08:00-dan -18:00-dək
- İstirahət günü - Bazar günləri
- Normadan əlavə iş saatlarının dəyəri ödəniləcəkdir
- İş yerinə və geriyə daşınma Qartal Tikinti firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir
- İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir
- Dənizdə işləyən zaman, platformada gecələmək üçün otaq ayrılacaqdır və səhər, günorta və axşam yeməyi təmin ediləcəkdir
- İş görüləcək obyektlər: Azərkimya İB, Ümid -Babək Beynəlxalq Əməliyyat şirkəti, Qartal Tikinti firmasının metal konstruksiya sexi



Namizədə tələblər

- Müasir qaynaq aparatıları işləməyi bacarmalıdır
- O cümlədən: Qaynaq aparatı Model: Kemppy MLS 3500 Finlandiya istehsalı; Arqon qaynaq aparatı
- Model: Miller STH 270 ABŞ istehsalı - Yarımavtomat qaynaq aparatı Model: GekaMac 500 Türkiyə istehsalı
- Hündürlükdə metal konstruksiyaların qaynağı işlərində ən azı 3 il iş təcrübəsi olmalı
- Qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir
- Hündürlükdə işləmək üçün qaynaqçı sertifikatına malik olmalıdır
- Əgər sertifikatı yoxdursa, Qartal Tikinti firmasının təlim-tədris mərkəzində müvafiq kurs keçdikdən sonra, uyğun nəticə əldə edərsə, müvafiq sertifikat veriləcəkdir
- İşləri təhlükəsiz yerinə yetirmək üçün hündürlükdə işləmək üçün avadanlıqlarından və fərdi mühafizə vasitələrindən istifadə etməyi bacarmalı
- İş proseduru və riski dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir
- Qaynaq edərkən qaynaq prosedurunun tələblərinə uyğun işini qurmalı, metalın tipinə uyğun elektrodu düzgün seçə bilməlidir
- Qaynaq tikişlərini qaynaq prosedurunun Spesifikasiyasına (WPS) uyğun yerinə yetirməyi bacarmalıdır
- İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli
- Qurğularda montajın texnologiyasını bilməli, verilən işləri sərbəst surətdə yerinə yetirməli
- Kəsici alətlər: rezak, laqonda işlədə bilməli
- Çertyojla işləmək və ölçü işlərini sərbəst sürətdə bacarmalıdır
- Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir
- Hündürlükdə işləri yerinə yetirmək üçün sağlamlıq haqqında arayış təqdim etməlidir

CV-nizi hr@qartal.az email ünvanına göndərin


  Əlaqədar şəxs

Bəhramova Nuranə

  Web sayt

salamjob.az

  Telefon

0502350544


  Email

hr@qartal.az



Paylaş:     FB Twitter WP Telegram





Digər işlər


Salam Job Nədir?


SalamJob.az - əmək bazarının bütün iştirakçılarının faydalana biləcəyi, dəqiq və sürətli iş və ya işçi axtarışı üçün nəzərdə tutulmuş onlayn platformadır. Layihə istifadəçilərə geniş iş elanı və CV bazasından rahat istifadə imkanı yaradır.


HAQQIMIZDA


Layihə fəaliyyətinə 2021-ci ildə başlayıb və hal-hazırda Azərbaycanın əmək bazarında aparıcı onlayn resuslarından biridir.

SalamJob.az - işədüzəltmə şirkəti deyil. Layihənin məqsədi işə götürən ilə potensial işçi arasında vasitəçisiz və operativ əlaqə imkanı yaratmaqdır.


SAYTDA REKLAM


SalamJob.AZ - Azərbaycanın ən məşhur və stabil artan internet resurslarından biridir.

Hər gün bu saytı minlərlə insan ziyarət edir.

Saytımızda 3 paket mövcudur.

Standart, Business, Premium