Bu elanın vaxtı artıq bitmişdir!


İxtiopatoloq (Neftçala)
İxtiopatoloq (Neftçala)

Azerbaijan Fish Farm MMC

İxtiopatoloq (Neftçala)

Kənd təsərrüfatı

Tarix: Apr 02, 2025 - May 02, 2025

Baxış sayı: 30

  Elanın nömrəsi: 22913





30 ₼


5 ₼


  Şəhər

Bakı

  Yaş

22 - 50 Yaş

  Təhsil

Ali

  İş təcrübəsi

1 ildən aşağı


İş barədə məlumat

“Azerbaijan Fish Farm” MMC İstehsalat komandasına qoşulmaq üçün təcrübəli və motivasiyalı İxtiopatoloq axtarır. Namizəd AFF-in S.Q. Kərimov adına Yenikənd Nərə Damazlıq Təsərrüfatında balıq sağlamlığı üzrə müalicə-profilaktika tədbirlərinin yerində icra edilməsi, artırma-yetişdirmə prossesinin birbaşa iştirakçısı olmaqla balıq sağlamlığı və rifahı ilə bağlı hadisə olduqda həmin an yerində müdaxilə edə bilməsi üçün nəzərdə tutulmuşdur. Neftçala şəhərində yaşayan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə üzrə öhdəliklər:
AFF-in ixtiopatoloqunun təlimatına və tövsiyələrinə uyğun olaraq:
• Təsərrüfatda balıq xəstəliklərinin baş verməsinin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirləri icra etmək;
• Təsərrüfatda balıqlar arasında baş verən xəstəliklərin etiologiyası və patologiyasını öyrənmək;
• Balıqların sağlamlaşdırılması yollarını təhlil etmək və sağlamlaşdırıcı tədbirləri icra etmək;
• AFF-ə aid balıqçılıq təsərrüfatında balıqların müayinəsi və müalicəsi üzrə digər tədbirləri icra etmək;
• Müalicə və profilaktik tədbirlər zamanı tətbiq edilən baytarlıq preparatlarının istifadəsinin qeydiyyatını aparmaq və AFF-in ixtiopatoloquna hesabat vermək;
• Balıqların genetik müayinələri üzrə tədbirləri həyata keçirmək;
• AFF-in təsərrüfatına gətirilən (və ya xaricdən idxal edilən) bioloji materialların xəstəliklərə görə sağlam təsərrüfatdan tədarük olunması prosesində iştirak etmək və yeni qəbul olunmuş bioloji materialların karantin tədbirlərini icra etmək;
• AFF-in laboratoriyalarında balıq xəstəliklərinin araşdırılması üçün müayinələr aparmaq;
• İllik müalicə və profilaktika üzrə tədbirlər planını tərtib etmək.
İş şəraiti:
 AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
 İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
 İş yeri: Neftçala rayonu
 Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.


Maraqlanan namizədlər öz CV-lərini və ixtisas, təcrübə və müvafiq sahə üzrə karyera planlarını əks etdirən motivasiya məktubunu “İxtiopatoloq” başlığı ilə hr@azfish.az ünvanına 15.04.2025-cü il tarixinə qədər təqdim edə bilərlər. Zəhmət olmasa müraciətinizdə bu vakansiyanın tələblərinə və vəzifə öhdəliklərinə necə cavab verdiyinizi aydın şəkildə göstərdiyinizdən əmin olun.



Namizədə tələblər

Vəzifə üzrə tələblər:
• Ali təhsil (İxtiopatologiya, baytarlıq, ixtiologiya, balıqşünaslıq və ya buna uyğun sahələr üzrə);
• Müvafiq sahədə ən azı 6 ay iş təcrübəsi;
• Üstünlük verilən sənaye sektoru: Kənd təsərrüfatı məhsullarının istehsalı.
• Problem həll etmə və analiz bacarıqları;
• Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları;
• Detallara diqqətli olmaq;
• İcra və təşkilatçılıq qabiliyyəti;
• İş prioritetlərini düzgün təyin edə bilmək;
• MS Office proqramlarını, xüsusilə Excel proqramını bilmək;
• Baytarlıq, laboratoriya, ixtiologiya, epidemiologiya üzrə sertifikatlarının olması arzuolunandır;
• Rus dili biliyi arzuolunandır.


  Əlaqədar şəxs

Esmira Əliyeva

  Web sayt

salamjob.az

  Telefon

0512017445

0512017445


  Email

hr@azfish.az



Paylaş:     FB Twitter WP Telegram





Digər işlər


Salam Job Nədir?


SalamJob.az - əmək bazarının bütün iştirakçılarının faydalana biləcəyi, dəqiq və sürətli iş və ya işçi axtarışı üçün nəzərdə tutulmuş onlayn platformadır. Layihə istifadəçilərə geniş iş elanı və CV bazasından rahat istifadə imkanı yaradır.


HAQQIMIZDA


Layihə fəaliyyətinə 2021-ci ildə başlayıb və hal-hazırda Azərbaycanın əmək bazarında aparıcı onlayn resuslarından biridir.

SalamJob.az - işədüzəltmə şirkəti deyil. Layihənin məqsədi işə götürən ilə potensial işçi arasında vasitəçisiz və operativ əlaqə imkanı yaratmaqdır.


SAYTDA REKLAM


SalamJob.AZ - Azərbaycanın ən məşhur və stabil artan internet resurslarından biridir.

Hər gün bu saytı minlərlə insan ziyarət edir.

Saytımızda 3 paket mövcudur.

Standart, Business, Premium